Сара ханым Ашурбейли

(27.01.1906 – 17.07.2001)

 

МЕМОРИАЛЬНЫЙ САЙТ

 

 

 

 

КРАТКАЯ БИОГРАФИЧЕСКАЯ СПРАВКА

 

 

С.Б.АШУРБЕЙЛИ

Сара Балабек кызы Ашурбейли родилась 27 января 1906 г. (по другим документам 1905 г.) в семье известного нефтепромышленника Бала бека Ашурбекова. В 1913 успешно выдержала экзамены из курса младшего приготовительного класса Бакинского женского учебного заведения Св. Нины. Завершить гимназическое образование помешали революционные события 1917-20 гг. В 1920 вместе с родителями переехала в Турцию, в Стамбул, где обучалась во французском коллеже Жанны д'Арк (Institusion Sainte Jeanne d'Arc), который окончила с отличием в 1925 г.

В 1925 семья вернулась в Баку. В том же году Сара ханым поступила на историческое отделение Восточного факультета Азербайджанского Государственного Университета, который окончила в 1930 году. Одновременно с учебой работала педагогом в школах БОНО. После окончания университета занималась научной работой в Азербайджанском Государственном Музее (1930-31), в Аз.Гос.НИИ. С 1933 по 1937 г.г. - младший научный сотрудник Института истории Азербайджанского филиала Академии наук СССР (АзФАН). В 1937 г. была направлена Наркомпросом Азерб.ССР в Азербайджанский Педагогический институт на факультет иностранных языков преподавателем французского языка; одновременно, желая повысить свою квалификацию в этой области, поступила на английское отделение этого же факультета, которое окончила в 1941. В том же 1941 окончила Азербайджанское Художественное училище им. А.Азимзаде, работала художником-декоратором в Азербайджанском Драматическом театре. С 1941 по 1944 преподавала английский  язык в пединституте. В 1944 была переведена в Заочный Педагогический институт, где работала деканом факультета и заведовала кафедрой иностранных языков до ликвидации факультета в 1949 году.

В 1944 г. была приглашена на работу в Институт истории АН Азерб.ССР в качестве и.о. старшего научного сотрудника и работала там по совместительству до октября 1947 г. С 1949 по 1958 г.г. - старший преподаватель на кафедре иностранных языков в Азгосконсерватории. После защиты диссертации 27 мая 1949 г. в Институте востоковедения в Ленинграде ей была присвоена ученая степень кандидата исторических наук. С 1955 по 1958 заведовала отделом средних веков Музея истории АН Азерб.ССР. С 1958 по 1961 - старший научный сотрудник Института востоковедения АН Азербайджана.

С 1961 г. работала ст. научным сотрудником Института истории АН Азербайджана. После защиты диссертации по монографии 10 декабря 1965 г. в гор. Тбилиси ей была присвоена ученая степень доктора исторических наук. В 1972 - 1974 гг. заведывала отделом средних веков Института истории АН. В 1993 была уволена из Института истории. С 1993 г. до конца жизни работала ведущим научным сотрудником Института археологии и этнографии АН Азербайджана.

С.Б.Ашурбейли являлась членом Союза художников Азербайджана, неоднократно принимала участие в различных выставках. Хорошо играла на фортепиано, исполняла как азербайжанские мелодии, мугамы, так и европейскую классику. Владела, помимо родного азербайджанского, русским, французским, немецким, английским, арабским, фарсидским и турецким языками.  Умерла Сара ханым 17 июля 2001 года.


 
Награды и почетные звания:
 
- Орден «Дружба народов» – 1986.
- Орден «Слава» («Шохрет») – 1996.
- Медаль «За доблестный труд в Великой Отечественной войне 1941-1945гг.» – 1946.
- Медаль «Ветеран труда» – 1978.
- Заслуженный деятель науки Азербайджана – 1982.
- Государственная премия Азербайджанской ССР – 1986.
- Почетная грамота Президиума Верховного Совета Азербайджанской ССР – 1986.
- Тагиевская премия – 1994.
- Премия им. А.Бакиханова – 1994 и 1996.
- Почетное звание «Женщина года» – 1998

 

 

 

S.B.AŞURBƏYLİ

Aşurbəyli Sara xanım Balabəy qızı 1906-ci (digər sənədlərə görə 1905-ci) ilin yanvarın 27-də Bakıda, neft sənayeçisi Bala bəy Aşurbəyov ailəsində göz açmışdır. 1913-cü ildə müvafiqiyyətlə imtahan verib "Müqəddəs Nina" Bakı qız tədris müəssisəsinin aşağı hazırlıq sinfinə qəbul olunmuşdur. Gimnaziya təhsilini başa vurmasına 1917-1920-ci illərin inqilabi hadisələri mane olmuşdur. 1920-ci ildə valideynləri ilə birlikdə İstanbula (Türkiyə) getmiş, orada Janna d'Ark fransız kollecində (Institution Sainte Jeanne d'Arc) oxumuş, buranı 1925-ci ildə uğurla başa vurmuşdur. Həmin il ailə Bakıya qayıtmış və S.Aşurbəyli Azərbaycan Dövlət Universiteti Şərq fakultəsinin tarix şöbəsinə daxil olmuş və buranı 1930-cu ildə bitirmişdir. Təhsili alması ilə yanaşı BXMŞ məktəblərində müəllimlik etmişdir.

Universitetində oxuyarkan və onu bitirdikdən sonra, 1928-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Öyrənən Cəmiyyətin tarix-etnoqrafiya şöbəsində elmi işlə məşğul olmuş, daha sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib işləmişdir. 1933-cü ildən 1937-ci ilə qədər - əvvəlcə SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin tarix bölməsində, daha sonra SSRİ EA Azərbaycan Filialının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1937-ci ilin əvvəlində qısa müddətlik Leninqrad Şərqşünaslıq İnstitutunda işləmişdir. 1937-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən Azərbaycan Pedagoji İnstitutunun xarici dillər fakultəsinə fransız dili müəllimi göndərilmiş, eyni zamanda, bu sahədə öz ixtisasını artırmaq istəyərək, həmin fakultənin ingilis dili bölməsinə daxil olmuş, buranı 1941-ci ildə başa vurmuşdur. Həmin il Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini də bitirmiş, Azərbaycan Dram Teatrında rəssam-dekorator işləmişdir. 1941-1944-cü illərdə Pedaqoji İnstitutunda ingilis dilini tədris etmişdir. 1944-cü ildə Qiyabı Pedaqoji İnstitutuna köçürülüb və orada 1949-cu ildə fakultəsini ləğv edilməsinə qədər fakultəsinin dekanı və xarici dillər kafedrasının müdiri vəzifələrdə işləmişdir.

1944-cü ildə baş elmi əməkdaş əvəzi qismində Azərbaycan SSR EA Tarix İnstitutuna dəvət edilmiş və orada əvəzçiliklə 1947-ci ilin oktyabrınadək çalışmışdır.

1949-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriya xarici dillər kafedrasında baş müəllim işləyir. 1949-cu il mayın 27-də Leninqrad Şərqşünaslıq İnstitutunda dissertasiya müdafiə etdikdən sonra ona tarix elmləri namizədi alimlik dərəcəsi verilir. 1955-1958-ci illərdə Azərbaycan EA Tarix Muzeyində orta əsrlər şöbəsinin müdiri olur. 1958-1961-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunda baş elmi əməkdaş işləyir. 1965-ci il dekabrın 10-da Tbilisidə monoqrafiya üzrə dissertasiya müdafiə etdikdən sonra ona tarix elmləri doktoru alimlik dərəcəsi verilir. 1972-1974-cü illərdə EA Tarix İnstitutunun orta əsrlər şöbəsinin müdiri olmuşdur. 1993-cü ildə Tarix İnstitutundan işdən azad edildi. 1993-cü ildən ömrünün sonuna qədər Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı işləmişdir.

S.B.Aşurbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü idi, dəfələrlə müxtətif sərgilərdə iştirak etmişdir. O, fortepianoda əla çalırdı, həm Azərbaycan təranələri, muğamları, həm də Avropa klassik musiqi əsərləri ifa etmişdir. Rus, ingilis, fransız, alman, ərəb, fars və türk dillərini bilirdi.

2001-ci ilin iyulun 17-də Sara xanım vəfat olub.

 

Mükafatlar və fəxri adlar:

 

- "Xalqlar dostluğu" ordeni - 1986.

- "Şöhrət" ordeni - 1996.

- "1941-1945 illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı - 1946.

- "Əmək veteranı" medalı - 1978.

- Azərbaycan əməkdar elm xadimi - 1982.

- Azərbaycan SSR Dövlət mükafatı - 1986.

- Azərbaycan SSR-in Ali Sovet Rəyasət Heyətinin Fəxri fərmanı - 1986.

- Tağıyev mükafatı - 1994.

- A.Bakıxanov adına mükafat - 1994, 1996.

- "İlin qadını" fəxri adı - 1998.